XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

12 Fevral 2017 - 03:38

Gallup:"Azərbaycan əhalisinin 21 faizi NATO-nu özləri üçün müdafiə təşkilatı hesab edir"

Gallup

Azərbaycan əhalisinin 21 faizi Şimali Atlantika Alyansını özlər üçün müdafiə təşkilatı hesab edir.

Bu barədə Amerikanın “Gallup” şirkətinin apardığı sorğunun nəticələri deməyə əsas verir.

Sorğu 2016-cı ildə telefon vasitəsi ilə aparılıb. Sorğuda hər ölkədən 15 yaşından yuxarı min nəfər iştirak edib. Yalnız Rusiyada 2 min nəfər sorğulanıb.

Rusların 67 faizi NATO-nu özləri üçün təhlükə hesab edir, yalnız 3 faizi ona müdafiə təşkilatı gözü ilə baxır.

Gürcüstan əhalisinin 37, Ermənistanın 8, Tacikistanın 8, Qırğızıstanın 19, Qazaxıstanın isə 25 faiz əhalisi NATO-nu müdafiə qurumu kimi qəbul edir.  (Report)