XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 March 2015 - 04:56

Rusiya Ukrayna sərhədinə 60 minlik qoşun yığıb

Parubi: “Ukraynaya ən fəal hücuma qarşı hazırlaşmalıyıq”

Ali Rada sədrinin birinci müavini Andrey Parubi bildirib ki, Rusiya Ukrayna sərhədinə 60 mindən çox hərbçi toplayıb.

Ukrayna KİV yazır ki, o deyib: “Rusiya qoşunlarının hücum ehtimalı çox yüksəkdir. Bütün kəşfiyyat məlumatlarımız bundan xəbər verir”.

O qeyd edib ki, Ukrayna çoxqatlı müdafiə səddi qurmaq üçün milyonlarla qriven itirmək məcburiyyətindədir.

Parubi xatırladıb ki, “bütün güclü hücumlardan əvvəl rus könüllüləri guya “Ukraynanın Minsk razılaşmasını yerinə yetirmədiyi” haqda çox danışıblar. Bu gün Ukrayna sərhədindəki canlı qüvvə və texnikanı bu cür bəyanatlarla və kəşfiyyat məlumatları ilə tutuşduranda hesab edirəm ki, növbəti fəal mərhələyə, bəlkə də, Ukraynaya ən fəal hücuma qarşı hazırlaşmalıyıq”.

Parubi deyib ki, NATO və ABŞ-ın da kəşfiyyat məlumatları belə bir proqnozu təsdiq edir.