İranla nüvə proqramı ilə bağlı razılaşmanı pozmağa çalışsanız, bu, xeyrinizə olmaz.
Bu sözləri İran parlamentinin sədri Əli Laricani İslam İnqilabının 38-ci ildönümü münasibətilə Kirman şəhərində təşkil edilən mərasimdəki çıxışında deyib.
“Bizi yolumuzdan geri çevirməyə çalışmayın, çünki bu alınmayacaq. Belə işlərlə İranı məşğul edə biləcəyinizi zənn etməyin. Biz daim regional məsələləri nəzarətdə saxlayacağıq. Yaratdığınız terrorçulardan Fələstin xalqını qorumuşuq, qoruyacağıq da”, – spiker deyib. (Axar.az)