XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

12 Fevral 2017 - 10:36

Bolqarıstanın energetika naziri:"SOCAR-ın iştirakını alqışlayırıq"

Nikolay

Bolqarıstan "Çiren" yeraltı qaz anbarının genişləndirilməsi layihəsində SOCAR-ın iştirakını alqışlayır. BunuBolqarıstanın yeni təyin olunmuş energetika naziri Nikolay Pavlov deyib.

"Biz mümkün qədər çox sayda şirkətlərin bu layihədə iştirakını alqışlayırıq. SOCAR-ın nümayiş etdirdiyi maraq azərbaycanlı tərəfdaşlarımızın bu layihənin həyata keçirilməsində iştirak etməyə hazır olduqlarının göstəricisidir. Digər tərəfdən, bu cür əməkdaşlıq ölkələrimiz arasında energetika sahəsində əməkdaşlığın genişləndirilməsi üçün real meydança ola bilər", – deyə nazir bildirib.

SOCAR Balkan törəmə şirkətinin rəhbəri Murad Heydərov daha əvvəl bildirib ki, SOCAR Bolqarıstanda "Çiren" yeraltı qaz anbarının genişləndirilməsi layihəsində iştirak etməyi planlaşdırır.  (Trend)