Rusiya Kuril silsiləsindəki 5 adsız adasına yeni ad verib.
Bu barədə əmri Rusiya Baş naziri Dmitri Medvedyev imzalayıb.
Adalara SSRİ-nin keçmiş xarici işlər naziri Andrey Qromıkonun, Saxalin vilayətinin eks-qubernatoru İqor Farxutdinovun, general Kuzmı Derevyankonun, general Aleksey Qneçkonun və Anna Şetininanın adları verilib.
Qeyd edək ki, Kuzmı Derevyanko SSRİ tərəfindən Yaponiyanın kapitulyasiya aktına imza atan şəxs olub. (Axar.az)