XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

12 Fevral 2017 - 13:53

Gürcüstan parlamentində Azərbaycan ilədostluq qrupu yaradılacaq

Gürcü Azərbaycan flag

Gürcüstan parlamentində tezliklə Azərbaycan ilə dostluq qrupu yaradılacaq.

Bu sözləri Gürcüstan parlamentinin deputatı Tamaz Naveriani söyləyib.

O deyib: "Azərbaycan bizim strateji tərəfdaşımızdır. İki ölkənin parlamentləri arasında dostluq qruplarının yaradılması qarşıda duran əsas məqsədlərdən biridir. Azərbaycan parlamentində belə bir qrup var. Gürcüstan parlamentində bununla əlaqədar iş gedir və tezliklə belə bir qrup fəaliyyətə başlayacaq”.

“İnanıram ki, parlamentlərarası dostluq qrupları təkcə qanunverici orqanlar arasında deyil, bütövlükdə dövlətlərimiz və xalqlarımız arasında əlaqələrin inkişafında mühüm rol oynayacaq” – deyə, Naveriani vurğulayıb.

Parlamentin digər deputatı Ruslan Hacıyev də belə bir qrupun yaradılmasını vacib sayır. O deyib ki, 9-ci çağırış Gürcüstan parlamentində prosedur məsələlər artıq başa çatıb. Qanunlar paketi, xarici siyasət kursu və s məsələlər artıq öz həllini tapıb. Hazırda bir sıra məsələlər, o cümlədən Azərbaycan parlamenti ilə dostluq qrupunun yaradılması ilə bağlı məsələ müzakirə olunur. Tezliklə dostluq qrupu yaradılacaq.

R.Hacıyev hesab edir ki, parlamentlərarası dostluq qruplarının yaradılması, deputatların mütəmadi səfərləri təşkil olunmalı, qanun yaradıcılığı sahəsində təcrübə mübadiləsi, parlamanetlərarası beynəlxalq qurumlarda birgə əməkdaşlıq iki dost və qardaş ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcəkdir. /"Report"