XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 February 2017 - 14:22

İraqda növbəti terror:2 nəfər ölüb, 5-i yaralanıb

iraq terror 1

İraqın şərqində yerləşən Diyala əyalətində terror aktı törədilib.

İnsident nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

İraqın Daxili İşlər Nazirliyinin nümayəndəsi kapitan Həbib əş-Şamrılo bildirib ki, terrorçular "Həşdi Şəbi" könüllülərinin içərisində olduğu maşının yoluna mina basdırıblar.

Partlayıcı qurğu Baakuba şəhərinin şimal-şərqindən İmam Veys rayonuna gedən yolda işə düşüb. /"Report"