Hazırkı dövlət başçısı Qurbanqulu Berdiməhəmmədov Türkmənistan Prezidenti seçkisində səs verib.
Türkmənistan dövlət başçısı səsverməyə ailəsi ilə birlikdə gəlib.
Türkmənistanda saat 15:00 olan məlumata görə, seçicilərin 86,93 faizi səs verib.
"Trend" xəbər verir ki, bu barədə Mərkəzi Seçkilər Komitəsi məlumat yayıb.
Prezident seçkiləri bu gün yerli vaxtla saat 07:00-da başlayıb. Səsvermə 19 saat davam edəcək.
Seçkilərdə, səsvermədə iştirak etmiş seçicilərin səslərinin yarısından çoxunu qazanmış namizəd seçilmiş sayılır.
Dövlət başçısı yeddi il müddətinə seçilir.