XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

12 Fevral 2017 - 15:45

Lavrov:"Ankara və Tehranla tam razılaşdıq"

lavrov-2

Moskva, Ankara və Tehran Suriyada atəşkəsə riayət və həyata keçirilməsinin təmin olunması istiqamətində qurduğu üçlü mexanizmin detalları üzərində demək olar ki, tam razılaşma əldə edib.

Bunu Rusiyanın NTV kanalına müsahibəsində Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirib.

"Astanadakı ikinci iclas qısa bir müddət əvvəl başa çatıb. Suriyalı tərəflər olmadan, yalnız Rusiya, Türkiyə və İranın iştirakı ilə keçirilən iclasda atəşkəsə nəzarət monitorinqin mexanizminin detalları danışılıb. Detallar demək olar ki, tamamilə aydın oldu və bunlar yaxın vaxtlarda tətbiq olunacaq",- Lavrov vurğulayıb. /Axar.az