Suriyanın İŞİD terror qruplaşması tərəfindən işğal olunmuş Əl-Bab şəhəri mühasirəyə alınıb və Türkiyə ordusu və onun müttəfiqlərinin növbəti hədəfi İŞİD-in "paytaxt" adlandırdığı Rəqqa şəhəridir.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, hazırda Əl-Bab tamamilə mühasirəyə alınıb və şəhərdə döyüşlər gedir.
"Strateji cəhətdən əhəmiyyətli olan şəhər xəstəxana kompleksinin terrorçulardan təmizlənməsindən sonra, şəhərin tam olaraq azad olunması yaxın zamanın məsələsidir. Terrorçular şəhəri tərk edirlər", — deyə o bildirib.
Prezidentin sözlərinə görə, Türkiyə Suriyada 4-5 min kvadrat kilometrlik təhlükəsizlik zonasının yaradılması üçün əlindən gələni edir. /"Report"