XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

12 Fevral 2017 - 18:22

Azərbaycan Pakistanla neft üzrəsaziş imzalaya bilər

Saziş

Pakistan və Azərbaycan neft və qazın satışı üzrə sazişi fevralın sonunda imzalaya bilərlər.

İki ölkənin hökumətləri artıq razılaşmanı təsdiqləyib.

Neft və təbii sərvətlər nazirliyinin yüksək rütbəli nümayəndəsi bildirib ki, Azərbaycan Pakistana xam nefti, neft məhsullarının və təbii qazı ixrac etməyi təklif edib.

Qeyd edək ki, 2016-ci ilin aprelində Pakistan neft və təbii sərvətlər nazirliyi və Azərbaycan energetika nazirliyi neft, neft məhsulları, LPG və LNG tədarükü sahəsində əməkdaşlığa dair hökumətlərarası sazişin imzalanması barədə razılığa gəliblər. /"Trend"