Terrorçular səsverməyə mane olacaqlarını əvvəlcədən bildirmişdilər
“Boko Haram” radikal islamçı qruplaşmanın Nigeriyada seçki günü həyata keçirdiyi həmlənin qurbanları 40-a yaxındır.
Xarici KİV yazır ki, əvvəllər 25 nəfərin öldürüldüyü barədə məlumat verilmişdi.
Qeyd edək ki, yaraqlıların hücumu Nigeriyada keçirilən parlament və prezident seçkiləri zamanı baş verib. Əvvəlcədən səsverməyə mane olacaqlarını bildirən yaraqlılar Nigeriyanın quzeyindəki, əsasən də Yobe və Qombe ştatındakı seçki məntəqələrinə hücum ediblər.