XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 February 2017 - 23:48

Türkmənistanda prezident seçkiləri –Nəticə 7 gün ərzində açıqlanacaq

qurbanqulu-turkmenistan

Bu gün Türkmənistanda keçirilən prezident seçkilərində səsvermə başa çatıb.

Səsvermə yerli vaxtla saat 07.00 (saat 06.00) başlayıb, saat 19.00-da (Bakı vaxtı ilə 19.00) başa çatıb.

Türkmənistan Mərkəzi Seçki Komissiyası qarşıdakı 7 gün ərzində səsvermənin nəticələrini açıqlayacaq. Seçkidə seçicilərin yarıdan çoxunun səsini toplayan namizəd prezident seçiləcək.

Qeyd edək ki, hazırkı dövlət başçısı Qurbanqulu Berdıməhəmmədov daxil olmaqla, prezident postu uğrunda 8 namizəd mübarizə aparır. Seçkilərdə seçici fəallığı 97.27 faiz olub. /APA