XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 February 2017 - 08:38

BMT Təhlükəsizlik Şurasının təcili iclası keçiriləcək –3 ölkədən müraciət

bmt-ts

ABŞ, Cənubi Koreya və Yaponiya BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb ediblər. 

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, iclasın bu gün keçirilə biləcəyi bildirilir.

KXDR-in raket buraxılışından sonra üç dövlətin nümayəndəsi BMT Təhlükəsizlik Şurasına birgə xahişlə müraciət ediblər.

Ötən gün Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raketin buraxılışını sınaqdan keçirib. Bu gün isə rəsmi Pxenyan raket buraxılışının uğurla həyata keçdiyini bəyan edib.