XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 February 2017 - 09:56

Yunker:"Avropa İttifaqı Ukraynaya 600 milyon avro yardım ayırıb"

Yunker 2

Avropa İttifaqı  makromaliyyə yardım proqramı çərçivəsində Ukraynaya 600 milyon ayırıb.

Bu barədə Avropa Komissiyasının sədri Jan-Klod Yunker bildirib.

Onun sözlərinə görə, adıçəkilən məbləğ Ukrayna hökumətinə yaxın müddətdə veriləcək.

J-K.Yunker həmçinin bildirib ki, Ukrayna ilə Avropa İttifaqı arasında vizasız rejim bu ilin yayından tətbiq ediləcək. “Ukrayna Avropa İttifaqı ilə viza liberallaşdırılması üçün bütün şərtləri çoxdan yerinə yetirib”, deyə Yunker bildirib. /APA