XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

13 Fevral 2017 - 11:36

DİN mətbuat xidmətinə rəis müavini təyin olundu

orxan

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətində yeni təyinat olub.

Bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov  bu barədə əmr imzalayıb.

Əmrə əsasən, DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Orxan Mansurzadə tutduğu vəzifədən azad edilərək mətbuat xidməti rəisinin müavini təyin edilib. Onun yerinə isə hələlik təyinat yoxdur.

O.Mansurzadə 1995-ci ildən daxili işlər orqanlarında xidmət edir. Son yeddi ildə isə o, DİN-in mətbuat xidmətində şöbə rəisi vəzifəsində çalışıb.

Xatırladaq ki, 22 il DİN-in mətbuat xidmətinin rəhbəri olmuş Sadiq Gözəlov bir müddət əvvəl təqaüdə göndərilib. Onun yerinə mətbuat xidmətinin rəis müavini olmuş, polis polkovniki Ehsan Zahidov təyinat alıb. /APA