XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

13 Fevral 2017 - 13:02

Dövlət başçısı yeni prezidentə məktub göndərdi:“Ümidvaram ki, əməkdaşlığımızın davamı üçün birgə səy göstərəcəyik”

ilham stanmayer

Prezident İlham Əliyev  Almaniya Federativ Respublikasının yeni seçilmiş prezidenti Frank-Valter Ştaynmayerə məktub göndərib.

Məktibda dövlət başçısı Ştanmayeri prezident seçilməsinə görə təbrik edib.

“Hörmətli cənab Ştaynmayer, Almaniya Federativ Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm”,-deyə dövlət başçısı yazıb.

Prezident qeyd edib ki, Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasındakı münasibətlərə böyük əhəmiyyət verir: “Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, ölkələrimiz arasındakı ikitərəfli və çoxtərəfli qaydada sıx əməkdaşlıq bu gün dinamik şəkildə inkişaf etməkdədir. Ümidvaram ki, dostluq əlaqələrimizin daim möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın bütün sahələrdə müvəffəqiyyətlə davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Almaniya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.