XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 March 2015 - 05:31

Özbəkistanda prezident seçkisi keçirilir

Qələbə uğrunda dörd namizəd mübarizə aparır

özbəkistanda bu gün yerli vaxtla saat 6.00-da seçki məntəqələri açılıb və prezident seçkilərində səsvermə başlanıb.

özbəkistan KİV yazır ki, dörd siyasi partiyanın nümayəndəsi prezidentliyə iddialıdır.

ölkədə 20,8 milyon seçici var. Onların 33%-i səsverməyə qatılsa, səsvermə baş tutmuş sayılacaq.

Seçki kampaniyasını ATƏT, MDB, Şanxay Əməkdaşlıq Təşkilatı, Seçki orqanlarının ümumdünya Assosiasiyası və İslam Əməkdaşlığı Təşkilatının təmsilçiləri müşahidə edirlər.

Qeyd edək ki, indiki prezident İslam Kərimov qələbəyə şanslı namizəd hesab edilir.