XƏBƏR LENTİ

03 Dekabr 2020

Digər Xəbərlər

13 Fevral 2017 - 16:57

İsrailin baş naziri Trampla görüşə getdi –Açıqlama

ShowImage555555555

Bu gün İsrail baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampla görüşmək üçün Birləşmiş Ştatlara yola düşüb.

Strateq.az "Reuters"ə istinadla xəbər verir ki, onun Ağ Ev sahibi ilə görüşü yanvarın 15-də baş tutmalıdır.

Netanyahu İran, Suriya və İsrail-Fələstin münaqişəsi də daxil olmaqla həyati maraq doğuran bir sıra məsələləri müzakirə və D.Trampa bu məsələlərə dair İsrailin mövqeyini təqdim etməyi planlaşdırır.

"Mən prezident Trampla çox əhəmiyyətli bir görüş üçün Vaşinqtona gedirəm, vitse-prezident Pens və dövlət katibi Tillerson, habelə Kapitolidə respublikaçı və demokrat liderləri ilə görüşlər keçirəcəyəm", – deyə jurnalistlərə açıqlamasında B.Netanyahu bildirib:

"İsrail və Amerika arasında ittifaq həmişə çox güclü olub və həmişə güclü qalacaq. Prezident Trump və mən regiondakı təhlükələrə və bir çox sahələrdə İsrail-ABŞ arasında əlaqələrinin təkmilləşdirilməsinə dair müzakirələr aparacağıq".