XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

29 Mart 2015 - 06:59

İki əsrin titanı bu gün son mənzilə yola salınır

Matəmin gedişində 1,2 milyondan çox sinqapurlu Li Kuan Yu ilə vidalaşıb

Похороны первого премьер-министра Сингапура Ли Куан Ю

Güclü yağışa baxmayaraq, minlərlə sinqapurlu ölkənin ilk baş naziri Li Kuan Yunun dəfn mərasiminin keçəcəyi yolboyu 15 km-dən çox düzülüb.

Ağ-qırmızı dövlət bayrağına bükülmüş tabut haubitsa lafeti üzərində müstəqil Sinqapurun 92 yaşında vəfat etmiş banisi və atası ilə vidalaşma mərasiminin keçirildiyi milli parlamentin binasını yerli vaxtla 12.40-da tərk edib.

Dəfn mərasiminin gedişində 21 silahdan salam atəşi açılacaq, Sinqapur HHQ-nin dörd F-16 qırıcısı səmada uçacaq, uğultulu fitlər başlanan sükut dəqiqəsindən xəbər verəcək. Dəfn xidməti Sinqapurun Milli universitetində keçiriləcək. Bundan sonra keçmiş baş nazirn cəsədi kremasiya olunacaq.

Rəsmi məlumatlara görə, birhəftəlik matəmin gedişində 1,2 milyondan çox sinqapurlu və yaxud ada dövlətin hər beş sakinindən biri Li Kuan Yu ilə vidalaşıb.

Li Kuan Yunun dəfnində Avstraliyanın baş naziri Toni Ebbot, Güney Koreyanın prezidenti Pak Kın Xe, Hindistan hökumətinin başçısı Narendra Modi, İndoneziya və Myanma prezidentləri, Malayziya və Bruney monarxları, Tailand və Yaponiyanın baş nazirləri, həmçinin ABŞ-ın keçmiş prezidenti Bill Klinton iştirak edirlər.