BMT rəhbəri Antoniu Quterreş Şimali Koreyanın ballistik raket sınağını sərt şəkildə qınayıb.
Quterreş rəsmi Pxenyanın BMT Təhlükəsizlik Şurasının qərarlarını pozduğunu bildirib.
“Şimali Koreya nüvə silahlarından təmizlənmə ilə bağlı mövcud olan öhdəliklərə əməl etməlidir”, – qurum sədri bildirib.
Qeyd edək ki, 12 fevralda növbəti ballistik raketi sınaqdan keçirib. /Axar.az