XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

14 Fevral 2017 - 09:24

BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın ballistik raket buraxmasınıpisləyib

bmt-1

BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın ballistik raket buraxmasını pisləyib.

Bu barədə BMT TŞ-nın bəyanatında bildirilir.

Qeyd olunub ki, Şimali Koreyanın yürütdüyü siyasət beynəlxalq təhlükəsizliyə təhdid yaradır.

“Rəsmi Pxenyan yeni raket sınağı keçirməklə BMT Təhlükəsizlik Şurasının 6 qətnaməsini pozub. BMT Təhlükəsizlik Şurası raketlərin buraxılmasından sonra Koreya yarımadasındakı vəziyyəti izləyərək zəruri addımlar atacaq”, – deyə sənəddə vurğulanıb.

BMT TŞ 2016-cı il, martın əvvəlində KXDR-ə qarşı yeni sanksiyalar paketini yekdilliklə qəbul edib. Buna baxmayaraq, Şimali Koreya nüvə sınaqları və ballistik raketlərin buraxılışını davam etdirir.

Xatırladaq ki, fevralın 12-də  Şimali Koreya Yapon dənizinə doğru ballistik raket buraxıb.  Phönan-Pukto əyalətindəki  kosmodromdan buraxılan  raket 500 km uçaraq, Yapon dənizinə düşüb. Sınaqda Şimali Koreyanın rəhbəri Kim Çen In iştirak edib. /APA