XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

14 Fevral 2017 - 09:26

ABŞ Senatı yeni maliyyə nazirinin namizədliyinitəsdiqləyib

Stiven

ABŞ Senatı Stiven Mnuçinin Maliyyə nazirliyinin rəhbəri vəzifəsinə namizədliyini təsdiq edib.

S.Mnuçinin namizədliyinin lehinə 53, əleyhinə isə 47 senator səs verib.

53 yaşlı Stiven Mnuçin 1985-2002-ci ildə ABŞ-ın ən iri korporasiyalarından biri olan “Goldman Sachs”-da çalışıb.

O, həmçinin “Dune Capital Management”, “OneWest Bank Group” və “RatPac-Dune Entertainment” kimi şirkətlərin təsisçisidir. “RatPac-Dune Entertainment” məşhur “Avatar”, “İks-adamlar” (X-Men) və sair filmlərə prodüserlik edib. /APA