XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 February 2017 - 09:33

Yaponiya Rusiyaya etiraz məktubu göndərib –Səbəb

Yaponiya 2

Yaponiya hökuməti hər iki ölkənin iddia etdiyi Kuril adalarının beşinə adların verilməsi ilə bağlı Rusiyaya rəsmən etiraz bildirib.

Bu barədə Yaponiya nazirlər kabinetinin baş katibi Yoşihide Suqa bildirib.

“Ölkəmizin maraqlarına cavab verməyən bu addım çox təəssüf doğurur. Biz diplomatik kanallar vasitəsilə Rusiyaya etirazımızı bildirmişik”, – deyə Y.Suqa qeyd edib.

Bundan əvvəl Rusiyanın baş naziri Dmitri Medvedev Kuril adalarının indiyədək adları olmayan 5-nə adların verilməsi barədə sərəncam imzalayıb.

Qeyd edək ki, adalar İkinci Dünya müharibəsinin sonunda Sovet İttifaqına keçib. /APA