XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

14 Fevral 2017 - 10:09

Müdafiə Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyi anlaşdı –Birgə tədbirlər planı

Müdafiə Nazirliyi 2

Müdafiə Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyi arasında 2017-ci il üçün birgə tədbirlər planı imzalanıb.

Strateq.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, sənədə əsasən keçiriləcək tədbirlərin yeri, icra müddəti, icraya məsul qurumlar və şəxslər müəyyən edilib:

"İl ərzində Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə, təhsil və tədris  müəssisələrində şair, yazıçı və elm xadimlərinin iştirakı ilə görüşlər, “dəyirmi masa”lar keçiriləcək. Bundan əlavə, vətənpərvərlik mövzusunda müsabiqələrin, şeir saatlarının, müharibəyə dair əsərlərin oxucu müzakirələrinin təşkili və digər fəaliyyətlər də nəzərdə tutulub".