XƏBƏR LENTİ

18 Sentyabr 2020
17 Sentyabr 2020

Digər Xəbərlər

14 Fevral 2017 - 12:48

Sabah hava necə olacaq? –Meteohəssas insanlara xəbərdarlıq

hava

Sabah Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq.

Strateq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, arabir güclənən cənub-qərb küləyi axşam mülayim  şimal-qərb küləyi ilə əvəz olunacaq. havanın temperaturunun gecə 2° şaxtadan 1°-dək isti, gündüz 4-7° isti, Bakıda gecə 1°-dək şaxta, gündüz 4-6° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi 766  mm civə sütunundan 759  mm civə sütununa enəcək. Nisbi rütubət  gecə 75-85 %, gündüz  60-70 % təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, fevralın 15-də Abşeron yarımadasında gün ərzində arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin bəzi cənub və qərb rayonlarında yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 3-8° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.