XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

14 Fevral 2017 - 14:13

TAP-ın İtaliyadakı ofisinə “Molotov kokteyli” ilə hücum olub –Açıqlama + FOTO

tap-ofis

Trans-Adriatik Qaz Boru Kəməri (TAP) layihəsinin İtaliyanın Melendunyo şəhərində yerləşən ofisinə basqın olub.

"APA-Ecoonmics" İtaliya mətbuatına istinadən xəbər verir ki, naməlum şəxslər ötən gecə ofisə iki ədəd "Molotov kokteyli" atıb.

Onlardan biri partlayıb, digəri isə alışıb, lakin partlayış baş verməyib. Hadisə şahidlərinin sözlərinə görə, "Molotov kokteyli" ofisə küçədən atılıb. Basqın nəticəsində ofisə ciddi ziyanın dəydiyi bildirilir.

"TAP İtalia" şirkətinin meneceri Mişel Elia bildirib ki, baş verənləri kəskin pisləyib və günahkarların qanun çərçivəsində cəzalandırılmasını tələb edib.

Qeyd edək ki, bu TAP-ın ofisinə ilk basqın deyil. İlk basqın 2015-ci ilin mart ayında baş verib. Həmin vaxt şirkət bir müddət bəzi işləri dayandırmaq məcburiyyətində qalıb.