XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 February 2017 - 17:02

Koreya liderinin qardaşı öldürüldü –Malayziyada

koreya

Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Inın qardaşı Malayziyada öldürülüb.

Bu barədə “Reuters” agentliyi “Yönhap” agentliyinə və Cənubi Koreyanın başqa KİV-inə istinadən məlumat yayıb.

Cənubi Koreya hökumətindən olan mənbənin agentliyə verdiyi məlumata görə, Kim Çen Nam bazar ertəsi səhər öldürülüb.

“Chosun” kabel televiziyası “Reuters”ə istinadən yaydığı məlumata görə, Koreya liderinin qardaşı aeroportda iki qadın tərəfindən zəhərlənib.

Malayziya polisinin araşdırmasına görə, Koreya Xalq Demokratik Respublikası vətəndaşı Kuala-Lumpurun aeroportundan xəstəxanaya aparılarkən yolda ölüb. Onun şəxsiyyəti ilə bağlı məlumat verilmir.

Kim Çen Nam Kim Çen İrin böyük oğludur və Koreya Xalq Demokratik Respublikasının liderinin ögey qardaşıdır.

Virtualaz.org