“Azad Suriya Ordusu” Suriyanın Əl-Bab şəhərinin çox hissəsini nəzarətə götürüb.
Strateq.az xəbər verir ki, Bu barədə Türkiyənin baş naziri Binəli Yıldırım bildirib.
“Məqsədimiz Türkiyə və İŞİD-in zəbt etdiyi ərazilər arasında nəqliyyat dəhlizlərini nəzarətə götürmək olub”, – deyə o, bildirib.
Baş nazirin sözlərinə görə, Türkiyə aviasiyası İŞİD silahlılarının Əl-Babda fəal istifadə etdikləri tunellərin çox hissəsini dağıdıb.
Şəhərin bir hissəsi hələ də silahlıların nəzarətində qalmaqdadır.