XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

29 Mart 2015 - 07:47

Xidməti avtomobildə standartdan kənar nömrə – “AZ” qeydi yoxdur – FOTO

Sosial şəbəkələrdə yayılan bu avtomobilin fotosu müzakirələrə səbəb olub. «Stop-xam Azərbaycan» qrupunun Facebookda paylaşdığı fotoya yazılan şərhdə bildirilir ki, «Nissan Maxima» markalı, 10 AA 042 dövlət nömrə nişanlı avtomobilin dövlət qeydiyyat nişanına müdaxilə edilib. Belə ki, fotodan da göründüyü kimi, nömrənin üzərindəki çip yoxdur. çiplə yanaşı, AZ yazısı da görünmür.

Avtosfer.az bildirir ki, yaranmış vəziyyət dövlət nömrə nişanına müdaxilədir. çünki avtomobilin nömrəsi Azərbaycan Respublikasında hazırda qüvvədə olan nömrə standartına uyğun deyil. çipi deyə bilmərik, amma AZ yazısı mütləq dövlət nömrə nişanının üzərində olmalıdır. çünki qanunvericiliyə görə, AZ yazısı Azərbaycanın beynəlxalq fərqlənmə nişanıdır. Bu yazı nömrənin üzərində yoxdursa, deməli, nömrə standarta uyğun deyil.

O ki qaldı bu avtomobilin kimə məxsus olmasına, Avtosfer.az-ın əldə etdiyi məlumata görə, fotoda görünən avtomobil hüquq-mühafizə orqanlarına məxsus xidməti avtomobildir. Həmin avtomobilin hazırda 5 MMX radarı var. Eyni zamanda, bu avtomobilin saxlanılması barədə 3 qərar da mövcuddur.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Avtosfer.az-a bildirib ki, məsələ araşdırılacaq.