XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 February 2017 - 23:51

ASO nümayəndə heyəti Astanadakı danışıqlarda iştirak edəcək –Bəyanat

aso-lideri

Suriya silahlı müxalifətini təmsil edən “Azad Suriya Ordusu” (ASO) qruplaşmasının nümayəndə heyəti Astanada keçiriləcək danışıqlarda iştirak edəcək.

“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə qruplaşmanın bəyanatında bildirilir.   

“Azad Suriya Ordusunun komandirləri və nümayəndələrindən ibarət nümayəndə heyəti atəşkəs rejiminə dair Astanada keçiriləcək texniki diskussiyalarda iştirak edəcək. Diskussiyaların  Cenevrədəki danışıqlar üçün zəmin yaradacağı gözlənilir”, – deyə ASO-nun bəyanatında bildirilir.

ASO nümayəndələri atəşkəs rejimi elan edildikdən sonra Suriya hökumət qüvvələrinin razılaşmanın şərtlərini pozduğunu iddia edirlər.    

Suriyada münaqişənin nizamlanmasına dair Astana prosesinin növbəti raundu 15-16 fevral tarixinə planlaşdırılıb. Görüşün qapalı şəraitdə keçiriləcəyi bildirilir. Görüşdən sonra mətbuat-konfransı keçiriləcək.  

Danışıqlarda iştirak etmək üçün Rusiya, İran, Suriya hökuməti və BMT-nin nümayəndə heyətləri artıq Astanadadır. Suriya silahlı müxalifətin və Türkiyə tərəfinin nümayəndə heyətlərinin də Qazaxıstana gəlməsi gözlənilir.

İlk raundu Astanada 23-24 fevral tarixində keçirilib. Görüşdə Suriyada  atəşkəs rejiminin monitorinqi üzrə mexanizmin yaradılması barədə qərar qəbul edilib.  

Xatırladaq ki, Suriya danışıqlarının Cenevrə mərhələsi fevralın 23-nə planlaşdırılıb. /APA