XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 February 2017 - 11:06

ATƏT monitorinq keçirəcək- Azərbaycan və Ermənistan dövlət sərhədində

Azərbaycan və Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək.

Strateq.az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevralın 16-da Tovuz rayonunun Koxanəbi kəndinin yaxınlığından keçən Azərbaycan və Ermənistan dövlət sərhədində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Piter Şvedberq keçirəcəklər.

Ermənistan tərəfindən isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Xristo Xristov keçirəcəklər.