XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

15 Fevral 2017 - 12:22

“Azərbaycan Dəmir Yolları”nın xəstəxana və tibbi məntəqələrinin hansı səbəbdən bağlandığıməlum olub

Maliyyə Nazirliyinin 17 noyabr 2016-cı il tarixli məktubuna əsasən, yanvarın 1-dən "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin tibbi xidmət göstərən müəssisələri təsərrüfat hesabına keçib.

QSC-dən "Trend"ə verilən məlumata görə, artıq dövlət büdcəsindən bizə maliyyə ayrilmadığına görə rentabellilik səviyyəsi aşağı olan xəstəxanaların fəaliyyəti dayandırılıb.

Həmçinin Salyan Dəmiryol Xəstəxanasının da rentabellik səviyyəsi aşağı olduğuna fəaliyyətinin dayandırılması qərara alınıb.

Ümumilikdə "Azərbaycan Dəmir Yolları" QSC-nin bölgələrdə fəaliyyət göstərən 10 xəstəxana və tibbi məntəqəsi bağlanıb. Bunlar Kürdəmir, Ucar, Lənkəran, Yevlax Dəmiryol ambulatoriyaları, Salyan Dəmiryol Xəstəxanası, Hacıqabul Dəmiryol Xəstəxanası, Mincivan Dəmiryol Xəstəxanası, Gəncə Dəmiryol Gigiyena və Epidemiologiya Mərkəzi, İmişli Gigiyena və Epidemiologiya Mərkəzi, Taun Əleyhinə Stansiyadır.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Həkim-sanitar xidmətində Metropoliten işçiləri və dəmiryolçulara pulsuz xidmət göstərilirdi.