XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

15 Fevral 2017 - 13:54

Yaxın vaxtlarda Azərbaycan və Rusiya XİN rəhbərləri arasındatəmas qurulacaq

Yaxın vaxtlarda Rusiya və Azərbaycan xarici işlər nazirləri arasında təmas qurulacaq.

"Trend"in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova brifinqdə deyib.

O qeyd edib ki, fevralın 21-22-də Moskvada Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması müzakirə ediləcək.

M.Zaxarovanın sözlərinə görə, tezliklə Azərbaycan tərəfi ilə də müvafiq səviyyədə təmas qurulacaq.

XİN rəsmisi fevralın 17-19-da keçiriləcək Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Dağlıq Qarabağ üzrə görüşlə bağlı razılığı təsdiq etməyib: "Hələ belə razılıq əldə olunmayıb".