“Yəməndəki durum siyasi yolla həll olunmalıdır”
Livanın baş naziri Tammam Salam Misirin Şarm-əl-Şeyx şəhərində keçirlən Ərəb Dövlətləri Liqasının sammitində bu gün çıxış edərkən Yəmənin suverenliyi və ərazi bütövlüyünü dəstəkləyib.
Xarici nəşrlər yazır ki, Salam Səudiyyə Krallığının Yəmənə hərbi müdaxiləsini kəskin şəkildə tənqid edib və qeyd edib ki, Yəməndəki durum siyasi yolla həll olunmalıdır.
Son zamanlar Yəməndə durum xeyli pisləşib. Bu arada Səudiyyə kralı Salman ibn-Əbdüləziz əl-Səud bildirib ki, ölkədə durum yaxşılaşana qədər hərbi müdaxilə davam edəcək.