XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 Fevral 2017 - 14:19

AFFA-nın növbəti hesabatkonfransı olacaq

Martın 16-da AFFA-nın növbəti hesabat konfransı olacaq.

AFFA-dan Azərtac-a bildiriblər ki, konfransdan sonra İcraiyyə Komitəsinin iclası keçiriləcək.

AFFA-nın Nizamnaməsinin 29-cu maddəsinə əsasən, konfransın gündəliyinə prezident tərəfindən çıxış, yığıncağın tərkibinin yoxlanılması, İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdimatı, maliyyə hesabatının təsdiqi, müstəqil auditorun və AFFA-nın yoxlama və təftiş komitəsinin hesabatını nəzərə alması, növbəti ilin büdcəsinin təsdiqi, AFFA prezidentinin və İcraiyyə Komitəsinin üzvlərinin seçilməsi, hər hansı vakant vəzifəyə seçkilər, AFFA üzvlərinin təkliflərinin qəbulu və digər məsələlər daxil edilib.