XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

15 Fevral 2017 - 14:48

Diplomatik nümayəndələr və beynəlxalq təşkilat rəhbərlərininCocuq Mərcanlıya səfəri başlayıb

Xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrinin və beynəlxalq təşkilatların rəhbərlərinin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfəri başlayıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən "Trend"ə verilən məlumata görə, nümayəndə heyəti Cocuq Mərcanlıda həyata keçirilən yenidənqurma və tikinti işləri ilə yaxından tanış olublar.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov işğal altında qaldığı müddətdə ermənilərin Cocuq Mərcanlıda törətdikləri vəhşiliklər, eləcə də Azərbaycan Prezidentinin sərəncamı ilə hazırda burada görülən bərpa işləri barədə nümayəndə heyətinə ətraflı məlumat verib.