XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

15 Fevral 2017 - 15:55

Maroş Şefçoviç:"Avropa İttifaqı neftə olan tələbatının 5%-ini Azərbaycanın hesabına ödəyir"

Maroş

Xəzər dənizindən hasil olunan qazın Avropaya çatdırılmasını nəzərdə tutan "Cənub Qaz Dəhlizi" layihəsi strateji təşəbbüsdür.

Bunu "Caspian Energy News" jurnalına müsahibəsində Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç bildirib.

Onun sözlərinə görə, "Cənub Qaz Dəhlizi" layihəsi Avropanın enerji təhlükəsizliyi strategiyasının əsas prioritetlərindən biridir. "Azərbaycan Avropa İttifaqının əsas enerji tərəfdaşlarından biridir. Hazırda Avropa İttifaqı neftə olan tələbatının 5%-ni Azərbaycanın hesabına ödəyir. Lakin "Cənub Qaz Dəhlizi" layihəsinin icrası ilə Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında rolu artacaq. Layihənin nəzərdə tutulan vaxtda icra olunması olduqca əhəmiyyətlidir".

M.Şefçoviç qeyd edib ki, "Cənub Qaz Dəhlizi" layihəsinin icrasını koordinasiya etmək üçün Azərbaycan prezidenti İlham Əliyev Məşvərət Şurasını təsis edib.

Məşvərət Şurasının növbəti iclası cari ilin fevralın 23-də baş tutacaq. /APA