XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 February 2017 - 16:35

Cocuq Mərcanlıda 150 evdən ibarət yeniqəsəbə tikiləcək

Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində yaxın zamanlarda 150 evdən ibarət yeni qəsəbənin tikintisinə başlanacaq.

Azərtac xəbər verir ki, bu barədə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov jurnalistlərə məlumat verib.

Baş nazirin müavini bildirib ki, qəsəbədə təhsil, səhiyyə, mədəniyyət ocaqları da inşa olunacaq.

Əli Həsənov vurğulayıb ki, Azərbaycanda işğaldan azad olunmuş kəndlərə qayıdış başlayıb, ermənilər isə Qarabağdan kütləvi köç edirlər.