XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 February 2017 - 18:32

Memarlıq abidələrində reklam daşıyıcıları yalnız bu haldayerləşdirilə bilər

Prezident İlham Əliyev “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2016-cı il 30 dekabr tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

Trend-in məlumatına görə, dəyişikliyə əsasən, qanunun 1-ci maddəsinə aşağıdakı məzmunda yeddinci hissə əlavə edilir:

“Tarix və mədəniyyət abidələrinin ərazilərində və onların mühafizə zonasında, memarlıq abidələrinin (binalarının) dam hissəsində reklam daşıyıcıları “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yalnız reklam-informasiya təşkilatlarının nəzdindəki bədii şuraların rəyi əsasında və həmin binaların dayanıqlığına mənfi təsir göstərməmək şərti ilə yerləşdirilə bilər”.