XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 February 2017 - 10:21

Ötən il hansı rayon prokurorlarından Administrasiyaya şikayət olunub?-9 nəfər sistemdən xaric edilib

prokuror

Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən vətəndaşların 9360 müraciətinə baxılıb, 251 cinayət xarakterli material araşdırılıb və bunların 159-u üzrə cinayət işi başlanıb.

Strateq.az bildirir ki, bu barədə Prezident Administrasiyasının şöbə müdiri Süleyman İsmayılovun geniş təhlili materialında qeyd olunub.

Qeyd olunub ki, araşdırılıb məhkəmələrə göndərilmiş cinayət işləri üzrə 202 milyon 629 manat məbləğində ziyanın 33 milyondan çoxu ödənilib. Baş İdarə tərəfindən ötən il 2241 vətəndaş qəbul olunub, onların qanuni hüquqları bərpa edilib.

“Prokurorluq orqanlarında çalışanlara qarşı tələbkarlıq ildən-ilə artırılır. Keçən il prokurorluq sistemində 58 əməkdaş intizam məsuliyyətinə cəlb olunmuş, 9 nəfər bu orqanlardan xaric edilib”.

Təhlildə vurğulanır ki, prokurorluq orqanlarının fəaliyyəti barədə müraciətlər ildən-ilə azalsa da, 2016-cı ildə Gəncə, Mingəçevir, Ağsu, Bərdə, Binəqədi, Daşkəsən, İsmayıllı, Kürdəmir, Nərimanov, Sabunçu, Salyan, Siyəzən, Şəmkir, Tovuz, digər şəhər və rayon prokurorlarının və başqa əməkdaşların fəaliyyəti barədə şikayətlər daxil olub.