XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

16 Fevral 2017 - 12:32

Rusiyanın müdafiə naziri:“Bakı görüşündə Pentaqondan izahat gözləyirik”

Şoyqu

Rusiyanın müdafiə naziri Sergey Şoyqu amerikalı həmkarı Ceyms Mettisin NATO müdafiə nazirlərinin Brüsseldə keçirilən görüşündə səsləndirdiyi bəyanata cavab verib.

RF Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, S.Şoyqu Rusiyanın Pentaqonla əməkdaşlığın bərpasına hazır olduğunu bildirib: “Biz Pentaqonla əməkdaşlığa hazırıq. Lakin bizimlə güc yolu ilə dialoq qurmaq cəhdləri perspektivsizdir. Bu gün Bakıda Silahlı Qüvvələrimizin Baş Qərargah rəisi Valeri Gerasimovun amerikalı həmkarı Cozef Danfordla görüşündə Pentaqondan izahat gözləyirik”.

Qeyd edək ki, Pentaqon rəhbəri Ceyms Mettis NATO müdafiə nazirlərinin Brüsseldə keçirilən görüşündə ABŞ-ın Rusiya ilə əməkdaşlığın bərpasını istədiyini, lakin Moskva ilə güc mövqeyindən danışmaq niyyətində olduğunu deyib. /APA