XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

16 Fevral 2017 - 15:29

Cozef Danford Azərbaycandan Türkiyəyə gedəcək

cozef

ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danford sabah Türkiyəyə səfər edəcək.

Bu barədə Türkiyənin müdafiə naziri Fikri İşıq deyib.  O, ABŞ-ın Türkiyənin PKK terror təşkilatının Suriya qanadı olan YPD-nin silahlı qrupu YPQ ilə bağlı etirazlarını dəyərləndirəcəyini bildirib: “ABŞ Türkiyəyə PKK ilə mübarizədə daha çox yardım göstərəcək”.

Qeyd edək k, Cozef Danford hazırda Bakıdadır. O, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Gerasimov ilə görüş keçirmək üçün Azərbaycana gəlib.   (APA)