XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

16 Fevral 2017 - 17:20

Putindən FTX-yə təlimat:"Təhlükəsizlik tədbirləri gücləndirilsin”

Karlov 1

Rusiya Prezidenti Vladimir Putin Federal Təhlükəsizlik Xidmətində təşkil edilən toplantıda mühüm tapşırıq verib.

Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun sui-qəsd nəticəsində öldürülməsini xatırladan Putin təcili şəkildə təhlükəsizlik tədbirlərini gücləndirilməsini tapşırıb:

“Türkiyədə səfirimizin öldürülməsi xarici ölkələrdəki nümayəndəliklərimizdə çalışan əməkdaşlarımızın təhlükəsizliyi məsələsini gündəmə gətirdi. Federal Təhlükəsizlik Xidmətindən tələb edirəm ki, Xarici İşlər Nazirliyi ilə əməkdaşlıq edərək, təcili şəkildə təhlükəsizlik tədbirlərini gücləndirsin”.

Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri Karlov 19 dekabrda Çankaya Müasir İncəsənət Mərkəzində keçirilən sərginin açılışında çıxışı zamanı güllələnərək öldürülüb. /Axar.az