XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

17 Fevral 2017 - 01:01

Məmmədyarov həmsədrlərlə bir araya gəldi, birgə şam yeməyi yedilər –XİN-dən açıqlama

elmar-1

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Münhen Təhlükəsizlik konfransı çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov(Rusiya Federasiyası), Stefan Viskonti (Fransa), Riçard Hoqland (Amerika Birləşmiş Ştatları), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Andjey Kaspişik ilə görüşüb.

XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin verdiyi xəbərə görə, görüşdə Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Sankt-Peterburq görüşündəki müzakirələrinin davamı olaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin intensivləşdirilməsinə dair fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədyarov münaqişənin həlli prosesində irəliləyişə nail olmaq üçün substantiv danışıqlara başlamaq məqsədilə səylərin artırılmasının vacibliyini vurğulayıb.

Görüşdən sonra ATƏT-in Minsk Qrupunun həmsədrlərinin dəvəti əsasında həmsədrlərin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə birgə şam yeməyi olub. 

APA