XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

17 Fevral 2017 - 13:01

Prezident İlham Əliyev:"Biz bu amansız əməllərdən hiddətlənirik"

ilham-eliyev-imzalama

Azərbaycan prezidenti İlham Əliyev pakistanlı həmkarı Məmnun Hüseynə başsağlığı verib.

Strateq.az həmin başsağlığı məktubunu təqdim edir:

"Hörmətli cənab Prezident, son günlər ölkənizdə törədilmiş terror aktları bizi son dərəcə kədərləndirir. Biz bu amansız əməllərdən hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı hamılıqla, qətiyyətlə və ardıcıl mübarizə aparılmasını vacib hesab edirik. 

Bu ağır anlarda kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.