"Bank BTB” ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib.
Bu vəzifəyə Emil Rzayev gətirilib.
O, yeni vəzifəsində Samiq Qocayevi əvəz edib. S.Qocayev isə Bankın Müşahidə Şurasının (MŞ) üzvü seçilib. O, MŞ-da Asim Salamovu əvəz edib.
Xatırladaq ki, "Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 52 mln. manatdır. Bankın səhmlərinin 75%-i Nigar İsmayıl qızı Mehdiyevaya, 19%-i Rza İsmayıl oğlu Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Ağa qızı Mahmudovaya məxsusdur. /"Report"