XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 March 2015 - 13:20

Dubay şahzadəsinin Azərbaycanda olması xəbəri yalan çıxdı

Şahzadə dünən Dubay Dünya Kubokunun açılışında iştirak edib

Bu gün bir sıra xəbər saytlarında Dubay şeyxi Məhəmməd bin Rəşid əl-Məktumun 19 övladından biri, 18 milyard dollar məbləğində sərvətə malik şahzadə Həmdan bin Məhəmməd bin Rəşidin hələ də Azərbaycanda olduğu və Hacıqabul rayonunun Qarasu kəndində ov əyləncəsinin davam etdiyi xəbəri yayılıb.

Ancaq strateq.az araşdırıb ki, Dubay şahzadəsi şeyx Həmdan bin Məhəmməd əl-Məktum Novruz bayramı ərəfəsində Azərbaycanın bir neçə rayonunda olsa da, ölkəsinə geri dönüb. Dünən, yəni 28 mart tarixində əmirlikdə atçılıq yarışması üzrə keçirilən Dubay Dünya Kubokunun açılışında da əmirlə birgə qardaşları, oğlanları, o cümlədən şahzadə Həmdan bin Məhəmməd əl-Maktum iştirak edib.

Hətta şahzadə açılış nitqi də söyləyib. Tədbirin sonunda şahzadə ailə üzvləri ilə birlikdə yarışı izləməyə gələn xarici qonaqlarla birgə nahar süfrəsində görüntülənib…

Xatırladaq ki, Dubay şahzadəsi öz facebook və instaqram səhifəsində tədbirdən çəkilmiş şəkillər də paylaşıb.