XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

18 Fevral 2017 - 03:07

İran XİN rəhbəri:“Nüvə razılaşmasına yenidən baxılmayacaq”

Cavad Zərif

Hər hansı bəyanata baxmayaraq, İranın nüvə proqramı üzrə razılaşma qüvvədə qalacaq.

Bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bəyan edib.

“Fikrimcə, ABŞ ekspertləri daxil olmaqla, hamı bilir ki, razılaşma bütün tərəfləri qane edir. Tək İranı yox, ABŞ-ı da”, deyə Zərif bildirib.

Onun sözlərinə görə, nüvə proqramına dair razılaşma diplomatiyanın məcburiyyət üzərində qələbəsidir. “Çünki məcbur etmə artıq işləmir”, deyə İran XİN rəhbəri vurğulayıb. /APA