NATO-nun strukturu əsaslı şəkildə islahata uğramalıdır, Alyans fəaliyyətini yeni çağırışlara uyğun qurmalıdır.
Bunu Münhen Təhlükəsizlik Konfransında Türkiyənin müdafiə naziri Fikri İşıq bəyan edib.
“Bizim vəzifəmiz NATO-nu əvvəlkindən güclü etməkdir. NATO-nun strukturu əsaslı şəkildə islahata uğramalıdır, Alyans fəaliyyətini beynəlxalq terrorizm kimi yeni çağırışlara uyğun qurmalıdır”, – deyə nazir bildirib.
F.İşıq həmçinin qeyd edib ki, Alyans Türkiyənin də yer aldığı cənub-şərq istiqamətdə üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirmir: “Ümid edirik ki, yaxın gələcəkdə vəziyyət dəyişəcək”. /APA)